USD 1.7
EUR 1.8473
TRY 0.2509
RUB 0.0225
  • Bakı 8°C
  • ŞUŞA -4°C
  • GƏNCƏ 2°C
  • LƏNKƏRAN 6°C
  • ŞƏKİ 4°C
  • QUBA 1°C
  • NAXÇIVAN 3°C

“Neftçi” baş məşqçisini istefaya göndərdi

İDMAN

Mətn ölçüsü

“Neftçi” italiyalı baş məşqçi Roberto Bordinlə yolları ayırıb. 


News24.az xəbər verir ki, “Neftçi” PFK rəsmi “Facebook” səhifəsindən yayımladığı açıqlamada bildirib ki, klub prezidentinin təqdimatı əsasında əsas komandanın hazırkı durumu Müşahidə Şurasının üzvləri ilə yenidən müzakirəyə təqdim edilib, irad və təkliflər dinlənilib.  

Sonda komandanın indiki vəziyyəti nəzərə alınaraq, klubun baş məşqçisi Roberto Bordinlə müqaviləyə qarşılıqlı surətdə xitam verilməsi barədə qərar verilib.  


Bu qərara əsasən, baş məşqçi Roberto Bordinlə görüş keçirilib və qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilib. Əsas komanda müvəqqəti olaraq köməkçi məşqçi Füzuli Məmmədova tapşırılıb. 

Xəbəri paylaş: