Siqarət çəkən futbolçular Azərbaycan millisinin heyətindən KƏNARLAŞDIRILDI
    • 20-01-2020, 14:25
    • 1 411

Siqarət çəkən futbolçular Azərbaycan millisinin heyətindən KƏNARLAŞDIRILDI

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətindən iki futbolçu kənarlaşdırılıb. 

AFFA-nın rəsmi saytıa istinadən verdiyi məlumata görə, bunlar "Neftçi"dən Elnur Hüseynov və "Zaqatala" klubundan Vüsal Şabanovdur. 
Hər iki qolkiper nizam-intizam qaydalarını pozduqları üçün (siqaret çəkdikləri üçün) komandanın heyətindən kənarlaşdırılıblar.

Qeyd edək ki, hər iki futbolçunun intizamsız davranış barədə məxsus olduqları klublara AFFA tərəfindən məlumat göndərilib. /report/