"Qarabağ" Avropa Liqasındakı ev oyunlarının keçiriləcəyi yer dəyişdirildi
    • 8-09-2018, 11:23
    • 1 306

"Qarabağ" Avropa Liqasındakı ev oyunlarının keçiriləcəyi yer dəyişdirildi

Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki ev oyunlarının yeri dəyişdirilib. 

 Ağdam təmsilçisi ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək. 

Qeyd edək ki, UEFA daha əvvəl "Qarabağ"ın Bakıdakı oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəyini açıqlamışdı. Son ölkə çempionu ilk ev matçında oktyabrın 4-ü "Arsenal"ı qəbul edəcək. 

2019-cu il Avropa Liqasının finalı da mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq.