Azərbaycan hakimləri beynəlxalq təyinat aldı
    • 5-03-2020, 21:56
    • 1 655

Azərbaycan hakimləri beynəlxalq təyinat aldı

Qadın hakimlərimiz beynəlxalq turnirə dəvət olunub.

AFFA-dan News24.az-a verilən məlumata görə, FİFA referisi Yuliya Qurbanova və referi köməkçisi Sevda Nuriyeva Gürcüstan Futbol Federasiyasının dəvətinə əsasən, 19 yaşadək qızlardan ibarət milli komandalar arasında təşkil olunacaq beynəlxalq turnirin oyunlarını idarə edəcəklər.

Gürcüstan, Belarus, Estoniya və Ukrayna komandalarının iştirak edəcəyi turnirin oyunları 21-26 aprel tarixlərində keçiriləcək