UEFA 2020/2021 mövsümündən Avropa kuboklarında oyundankənar vəziyyətlərlə bağlı dəyişiklik etməyə qərar verib.
News24.az "Sky Sports"a istinadən xəbər verir ki, qurumun prezidenti Aleksandr Çeferin ofsayd epizodlarında xəttlərin qalın olacağını bildirib:
“Bir santimetr ofsayd deyil. VAR açıq-aşkar oyundankənar vəziyyət olduqda müdaxilə etməlidir. Buna görə xətləri daha qalın çəkmək lazımdır. Hakimlərlə müzakirə etməli çox mövzu var".
Sloveniyalı funksioner Avropa çempionatında bu yeniliyin tətbiq olunacağını deyib.
17:48
Dünya / İDMAN
UEFA prezidenti: "Azərbaycan və Ermənistan eyni qrupa düşə bilməz"10 oktyabr 2019, 10:37