Avropa Liqasının daha 2 oyunu təxirə salındı
    • 11-03-2020, 20:29
    • 1 576

Avropa Liqasının daha 2 oyunu təxirə salındı

Avropa Liqasının daha 2 oyunu təxirə salınıb. 


News24.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında məlumat yayılıb.


Məlumata görə, Avropa Liqasının 1/8 final mərhələsində sabah keçirilməli olan "Sevilya" (İspaniya) - "Roma" (İtaliya) və "İnter" (İtaliya) - "Xetafe" (İspaniya) oyunları təxirə salınıb.


Bildirilib ki, koronavirus səbəbindən İtaliya və İspaniya arasındakı səyahət məhdudiyyətinə görə bu qərar qəbul edilib.