Bakıdakı Dünya Kubokunun final mərhələləri ləğv olundu
    • 13-03-2020, 22:35
    • 1 449

Bakıdakı Dünya Kubokunun final mərhələləri ləğv olundu

Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı rəhbər tutularaq, idman gimnastikası üzrə Dünya Kuboku yarışlarının final mərhələləri ləğv olunub.

News24.az xəbər verir ki, 14 və 15 mart tarixlərində keçirilməsi planlaşdırılan yarış baş tutmayacaq.

Azərbaycan Gimnastika Federasiyasının bu qərarı dünyada yayılmış koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə bağlıdır.