Tokio-2020 təxirə salınır
    • 23-03-2020, 22:47
    • 1 104

Tokio-2020 təxirə salınır

Bu il Tokioda keçirilməli olan Yay Olimpiya Oyunları təxirə salınır.

News24.az xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin üzvü Dik Pound açıqlama verib. O, olimpiadanın böyük ehtimalla 2021-ci ilə keçiriləcəyini qeyd edib.

Qurum üzvü nüfuzlu yarışın 24 iyulda başlamayacağının dəqiq olduğunu, qərarın yaxın günlərdə açıqlanacağını bildirib.

Qeyd edək ki, Tokio-2020 iyulun 24-dən avqustunda 9-dək keçirilməli idi.