Rüştü Rəcbər koronavirusa yoluxub
    • 29-03-2020, 10:05
    • 1 227

Rüştü Rəcbər koronavirusa yoluxub

Türkiyənin futbol üzrə yığmasının və “Fənərbağça” klubunun keçmiş qapıçısı Rüştü Rəcbər koronavirusa yoluxub.


News24.az xəbər verir ki, bu barədə sabiq futbolçunun xanımı Işıl Rəcbər özünün “İnstagram”dakı səhifəsində bildirib.


O, 46 yaşlı keçmiş futbolçunun koronavirus testinin nəticələrinin müsbət olduğunu deyib.


“Sizlərə həqiqəti ən şəffaf şəkildə paylaşmaq istəyərkən daha gözəl xəbərlər vermək istərdim, fəqət üzülərək həyat yoldaşım Rüştünü COVID-19 diaqnozu ilə xəstəxanaya yatırırıq”, - deyə Işıl Rəcbər sosial şəbəkədə yazıb. 


O, bildirib ki, daha əvvəl hər şey qaydasında olub, lakin ailə virusun gizli əlamətləri ilə şoka düşüb. Qadının sözlərinə görə özünün, oğlunun və qızının koronavirus testləri mənfi, ərinin analizləri isə müsbət çıxıb.