Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunlarının keçirilmə vaxtı DƏQİQLƏŞDİ
    • 30-03-2020, 16:36
    • 1 766

Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunlarının keçirilmə vaxtı DƏQİQLƏŞDİ

Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunlarının keçirilmə vaxtı dəqiqləşib.

News24.az xəbər verir ki, tarix Beynəlxalq Olimpiya Komitəsinin rəsmi saytı vasitəsi ilə açıqlanıb.

Bu il keçirilməli olan, lakin koronavirus pandemiyası üzündən 2021-ci ilə təxirə salınan Yay Olimpiya Oyunları iyulun 23-də start götürəcək. Yaponiya paytaxtındakı Olimpiada avqustun 8-dək davam edəcək.

Paralimpiada isə avqustun 24-də başlayıb, sentyabrın 5-də bitəcək.

Qeyd edək ki, öncədən Tokio-2020-nin bu il iyulun 24-dən avqustun 9-dək keçirilməsi planlaşdırılmışdı.