Kriştiano Ronaldonun bacısı: "Qardaşımı məhv etmək istəyirlər"
    • 20-09-2018, 14:48
    • 1 655

Kriştiano Ronaldonun bacısı: "Qardaşımı məhv etmək istəyirlər"

"Mənim qardaşımı məhv etmək istəyirlər. Ancaq Allah bunları görür və ədalət bərpa olunacaq”.

Bu sözləri Kriştiano Ronaldonun bacısı Katya Aveyru "Instagram" hesabaında yazıb. O bildirib ki, Ronaldonu meydandan qovmaq bütün futbol üçün utancverici haldı.

Qeyd edək ki, "Yuventus”un formasını geyinən Ronaldo Çempionlar Liqasının I turunda "Valensiya”nı 2:0 hesabı ilə yendikləri matçın 29-cu dəqiqəsində birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. O, karyerası ərzində ÇL-də ilk dəfə qırmızı vərəqə alıb.