Ronaldinyo həbsxananı TƏRK ETDİ

Ronaldinyo həbsxananı TƏRK ETDİ
İDMAN

08 aprel 2020, 01:51

Mətn ölçüsü

Braziliya millisinin sabiq futbolçusu Ronaldonyo Paraqvayda saxlanıldığı həbsxananı tərk edib.

News24.az
xarici mətbuata istinadən məlumatına görə, həbsxanada 1 ay qalan futbol əfsanəsi hazırda Asunson şəhərinin otellərindən birində ev dustaqlığındadır. 

Ronaldonyo və qardaşı Roberto de Assis Moreyra Paraqvaya saxta sənədlərlə daxil olduğu üçün həbs edilib. Martın 5-də baş prokuror onun həbsinə qərar verib.

Ertəsi gün buraxılan sabiq futbolçu bir neçə saatdan sonra yenidən həbs edilmişdi. Sonradan məhkəmə onun saxlanılmasını 6 aya qədər uzadıb.