"Survivor"ə VİDA EDƏN KOBRA PƏRVİZ:
    • 8-04-2020, 02:50
    • 2 640

"Survivor"ə VİDA EDƏN KOBRA PƏRVİZ: "Qismət bura qədər imiş..." - EKSKLÜZİV

"Qismət bura qədər imiş..." 

Bu sözləri kikboks üzrə dünya çempionu Kobra ləqəbli Pərviz Abdullayev iştirakçısı olduğu "Survivor" yarışmasına vida etdikdən sonra News24.az-ın suallarını cavablandırarkən deyib: "Bəzən olur, bəzən olmur. Yəqin buraya qədər imiş. Qismət bura qədər imiş. Qismət olsa növbəti illərdə yenə də iştirak edərəm. Ola bilər..." 

Pərviz Abdullayev "Surviver" tarixində yaxşı nəticələr göstərdiyini və bununla da yarışmada unudulmaz izlər qoyduğunu bildirib: "Qızların qurduğu bir oyun oldu, düşdüm və orda da getdim deyə düşünürəm. Başqa heç nə ağlıma gəlmir". 

Qeyd edək ki, P.Adbullayev Azərbaycandan bu yarışmada iştirak edən yeganə oyunçu idi. O, ötən gün "Ünlüler" komandasındakı 3 nəfərlə sms səsverməsinə çıxıb. Lakin həmyerlimiz yetəri qədər səs toplaya bilməyib və oyunu tərk edib.

Bu müddət ərzində Pərviz Abdullayevin nümayiş etdirdiyi oyun onun nəticə etibarı ilə qalib olmasına dəlalət etməsə də, mükəmməl oyunu ilə hər kəsin ürəyini fəth etməyi bacardı. Növbəti dəfə Pərviz Abdullayevi "All Star Surviver"-da görməkdən qürur duyarıq.