Azərbaycanın “Güclü kişi”si erməni rəqibinin arzusunu gözündə qoydu! - VİDEO
    • 9-07-2018, 14:35
    • 1 061

Azərbaycanın “Güclü kişi”si erməni rəqibinin arzusunu gözündə qoydu! - VİDEO

Dünyada məşhur olan “Strong Man” idman növünə artıq Azərbaycanda da maraq var. 

Qısa zaman ərzində fəaliyyət göstərsələr də azərbaycanlı stronqmənlər artıq qonşu ölkələrdə yarışlara  qatılıb qələbələr qazanırlar.


Belə ki, bir neçə gün bundan öncə peşəkar idmançılarımız Gürcüstanda baş tutan “Güclü kişi” yarışına qatılıblar. İdmançılarımız rəqibləriylə öz çəki dərəcələrində yarışıblar. 


Yarışa Gürcüstan, Ukrayna, Azərbaycan, Ermənistan və başqa ölkələrdən idmançılar qatılıb. 


İdmançılarımızdan Azərbaycan çempionu Aydın Hümbətov öz çəki dərəcəsində apardığı yarışda ikinci yer qazanıb.


Qeyd edək ki, Ermənistan da bu yarışa qatılmasına baxmayaraq, rəqibinin bədən çəkisindən az olduğu üçün yarışdan kənarlaşdırılıb. 


News24.az yarışdan olan həmin videonu sizə təqdim edir:


Elvin Nüsrətoğlu