4 futbolçu FACİƏLİ ŞƏKİLDƏ - öldü

4 futbolçu FACİƏLİ ŞƏKİLDƏ - öldü İdman

Kolumbiyada ağacın altına sığınan 4 qadın futbolçu ildırım vuraraq dünyasını dəyişib.

News24.az xəbər verir ki, onlarla birlikdə olan bir kişi xəstəxanada ölüb, iki qadın isə ağır yanıq xəsarətləri alıb.

Həyatını itirən 4 qadın futbolçunun Jeidy Morales, Daniela Mosquera, Luz Lame və Etelvina Mosquera olduğu açıqlanıb.

İlkin məlumatlara görə, futbolçular Kolumbiyanın Kajibio şəhərində meydançanın kənarındakı daxmada gizləniblər.

Bununla belə, hökumət sözçüsü Lesli Valensiya deyib: "Məndə olan məlumata görə, fövqəladə hadisə qadınlar futbol turnirində iştirak edərkən baş verib. İldırım ağaca dəyib və dörd qadın həlak olub".

Günel Məlikzadə