41 yaşında tarix yazdı: Ronaldo hamını geridə qoydu

41 yaşında tarix yazdı: Ronaldo hamını geridə qoydu İdman

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo 2026-cı il futbol üzrə dünya çempionatının qrup mərhələsinin ikinci turunda Özbəkistan millisi ilə oyunda iki qol vuraraq tarixi nailiyyətə imza atıb.

News24.az xəbər verir ki, Ronaldonun dünya çempionatları tarixində vurduğu qolların sayı 10-a çatıb. Bununla da o, Portuqaliya millisinin əfsanəvi futbolçusu Eusebio da daxil olmaqla, doqquz oyunçunu geridə qoyaraq yığma komandanın mundiallar tarixində ən məhsuldar bombardiri olub.

41 yaşlı hücumçu dünya çempionatları tarixində 10 qol həddinə çatan 16-cı futbolçu kimi tarixə düşüb. Bu göstəricidə ondan daha yaxşı nəticəyə yalnız doqquz futbolçu malikdir.

Daha əvvəl mundiallar tarixinin ən məhsuldar bombardirinin 18 qolla Argentina millisinin kapitanı Lionel Messi olduğu açıqlanıb.

Kriştianu Ronaldo karyerası ərzində beş dəfə UEFA Çempionlar Liqasının qalibi olub, Avropa çempionluğu və iki UEFA Millətlər Liqası titulunu qazanıb. O, həmçinin milli komandalar, Avropa çempionatları, UEFA Çempionlar Liqası və klublararası dünya çempionatları tarixinin ən məhsuldar futbolçusu rekordlarına sahibdir.

Portuqaliyalı ulduz 2022-ci ilin dekabrından etibarən Səudiyyə Ərəbistanının “Al Nassr FC” klubunda çıxış edir. O, karyerası ərzində “Sporting CP”, “Manchester United F.C.”, “Juventus FC” və “Real Madrid CF” komandalarının da formasını geyinib. Ronaldo beş dəfə “Qızıl top” mükafatına layiq görülüb.