Keçmiş baş məşqçi 70 yaşında ATA OLACAQ
    • 14-05-2020, 01:00
    • 1 115

Keçmiş baş məşqçi 70 yaşında ATA OLACAQ

Bakının "İnter" (hazırkı "Keşlə") klubunun sabiq vitse-prezidenti və baş məşqçisi Anatoli Konkov 70 yaşında ata olacaq.

News24.az xəbər verir ki, bu barədə ötənlərin tanınmış futbolçusunun özündən iki dəfə kiçik olan həyat yoldaşı Mariya şəxsi "Instagram" səhifəsində paylaşım edib. O, hamilə qaldığına işarə edərək, "Həyatımda ilk dəfə belə ideal pres yığmışam" yazıb.

Cütlük münasibətlərini 2017-ci ildə qanuniləşdirib. Onlar hətta Kiyev kilsələrindən birində nikah da bağlayıblar.

Qeyd edək ki, Anatoli Konkov "İnter"də 2004 - 2006-cı illərdə çalışıb. Onun dövründə paytaxt təmsilçisi yalnız 2004/2005 mövsümündə Azərbaycan Kubokunun finalçısı olub və həlledici görüşdə "Bakı" komandasına uduzub - 1:2. 2012 - 2015-ci illərdə isə Konkov Ukrayna Futbol Assosiasiyasının prezidenti olub./"Report" /