"Neftçi”nin koronavirus testinin NƏTİCƏSİ
    • 15-05-2020, 20:30
    • 1 921

"Neftçi”nin koronavirus testinin NƏTİCƏSİ

"Neftçi”nin kollektivi AFFA-nın təlimatına və tövsiyəsinə əsasən dünən və bu gün koronavirus (COVİD-19) testi verib. 

News24.az klubun saytına istinadən məlumat verir ki, təlim-məşq bazasında məşqçilər, futbolçular, inzibati və tibbi heyətlə yanaşı, idarə heyətinin üzvlərindən də test götürülüb. 

Testin nəticəsi kollektivin heç bir üzvündə pozitiv çıxmayıb.