Futbolçumuz Rusiyada CƏZALANDIRILDI
    • 25-05-2020, 23:11
    • 2 087

Futbolçumuz Rusiyada CƏZALANDIRILDI

Rusiyanın “Spartak” klubunun azərbaycanlı futbolçusu Ayaz Quliyev əsas komandadan kənarlaşdırılıb.

News24.az saytının məlumatına görə, 23 yaşlı yarımmüdafiəçi “Spartak-2”yə göndərilib.

Buna Ayazın intizamsızlığı səbəb olub. Komanda intizamını pozan soydaşımız mövsümün sonunadək əsas komandadan kənar qalacaq. Onun əvəzinə Konstantin Şiltsov gənclər komandasından əsas heyətə cəlb edilib.