"Milan"ı, "İnter"i və "Roma"nı geridə qoyan YENİ İTALİYA QRANDI GƏLDİ

"Milan"ı, "İnter"i və "Roma"nı geridə qoyan YENİ İTALİYA QRANDI GƏLDİ
İDMAN

24 iyun 2020, 15:35

Mətn ölçüsü

İtaliyanın qızıl futbol vaxtları artıq uzun müddətdir geridədir. 


Sonuncu dəfə 2010-cu ildə Çempionlar Liqasınının "Qulaqlı Kuboku"nu İtaliyaya İnter gətirmişdi. Beynəlxalq arenada isə son Dünya kuboku 2006-cı ildə qazanılıb. Artıq 15 ilə yaxındır ki, İtaliya futbolu krizis dönəmindədir. Bura ulduz oyunçular gəlməkdən imtina edirlər. Razılıq verənlər isə kariyelarının sonuna yaxın, 35 yaşında komandaya qoşulurlar. 


2015-ci ildən İtaliya Futbol Federasiyası klublar və milli yığmalardan gənc oyunçulara daha çox diqqət ayırmağı xahiş etdi. Bu məsləhətdən irəli gələrək bir çox klublar strategiyalarını dəyişərək, heyətlərində gəncləşdirmə prosesi apardı. Nəticədə 10 il bundan öncəki "A" seriyasında çıxış edən klubların siyahısı köklü dəyişməyə uğradı.

"Parma" (ordan çıxan futbolçular: Buffon, Cannavaro, Thuram, Adrian Mutu, Veron və s.) kimi məşhur klub müflis olaraq Həvəskar Liqaya qovuldu, ardınca isə "Palermo" (ordan çıxan futbolçular: Veratti, Dybala, Luka Toni, Belotti və s.) müflüsləşdi və "A" seriyasını tərk etdi.


"AC Milan" - 2012-ci ildə Dünyanın ən titullu klubu sayılan "AC Milan" öz əfsanələri ilə birdəfəlik sağollaşma mərasimi keçirdi. Həmin il sözügedən klubu Nesta, Gatusso, F. İnzaghi, Vam Bommel, Yepes, Zambrotta, Seedorf, Pirlo, Cassano, Pato, İbrahimovic, Thiago Silva,  Antonini və s. kimi dünya ulduzları tərk etdi və "böyük Milanın sonluğu" adlı tarixi yazdılar.


Əfsanələr getdikdən sonra Silviyo Berluskoni (İtaliyanın keçmiş Baş Naziri və AC Milan klubunun prezidenti) klubu çinli biznesmenlərə satmaq qərarına gəldi. Çinli biznesmenlər müflüsləşdi, kreditlərini ödəyə bilməmə səbəbindən AC Milan - Xedj Fond Elliot nəzdinə keçdi. Onlar da öz sırasında futboldan çox kommersiya ilə məşğuldular və o səbəbdən artıq 8 ildir ki, "AC Milan"-nın Çempionlar Liqasına çıxmağa gücü belə yoxdur, nəinki qalib gəlməyə. 


"İnter" - Milanın ikinci klubu sayılan "İnter"in taleyi "xalası oğlu" olan "AC Milan"la eynidir. İnteri 2013-cü ildə indoneziyalı biznesmen Erik Toxirə satdılar. O, yatırımetmə əvəzinə, klubun xəzinəsindən öz biznesini qabağa verirdi. İnter Tifozilərinin bəxti onda gətirdi ki, 2016-cı ildə Toxir klubu yenidən satışa çıxardı və çinli biznesmənlər onu aldı. 2020-ci ildən heyətini gücləndirən İnter artıq doğma İtaliya Çempionatında 3-cü yeri tutur. Lakin Çempionlar Liqasında heç nə ilə yadda qalmadı. 


Roma - İtaliyanın paytaxtında yerləşən eyni adlı klubda yuxarıda ki, "bəxtsizlərdən" uzaq düşməyib. Krizisdən istifadə edərək güclü heyət yığan "Roma" yeni Amerikanlı Prezidentinin (Djeoms Pallota) iştahına güc gələ bilmədi. O, klubunun bütün əsas oyunçularını satdı (Mohammed Salah, Rudiger, Allison Bekker, De Rossi, Florenzi, El Sharaawy və s.) əvəzində isə baha qiymətə cavan və tərcrübəsiz oyuncular aldı. Nəticədə isə, "Roma" son illərdə 1 trafey belə qazana bilməyib.

Və nəhayət bu günki Qrand səviyyəsinə çatan İtaliytada yeni bir ad - ATALANTA

2012-ci ildə İtaliyanın "A" seriyasında geri dönən "Atalanta" öz binövrəsini qoymağa başladı. Cavan və istedadlı furbolçular alaraq onları yetişdirib daha baha qiymətə sataraq öz büccəsini bərkiddi. 

2016-cı il - "Atalanta"nın dirçəliş ili. Məşqçi skamyasına az tanınmış Jan Piero Qasperini gəlir. O, cavan heyətə bir neçə tərcrübəli oyunçu əlavə edərək güclü heyət yaratdı. Hər il minimum 2-3 istedadlı gənc futbolçuları satmağına baxmayaraq hər dəfə əvəzinə ondan daha cavan, daha ucuz və daha da istedadlı futbolçular alınırdı.

2019-2020-ci illər - Tarixində ilk dəfə olaraq "Atalanta" İtaliya Çempionatında 4-cü yeri tutaraq Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı.

2020-ci il - "Atalanta" İtaliya Çempionatında qalibiyyət yarışında aktiv iştirak edir, yuxarı pillələri tutur və TOP-5 siyahısında futbol ölkələri arasında ən çox qol vuran komandası sayılır. Bundan başqa iştirak etdiyi Çempionlar liqasının 1/4 Finalına Valensianı darmadağın edərək vəsiqə qazandı.

Uğurlar möcüzəli Atalanta....

Emin Qasımov

YouTube