"Barselona"nın illik gəliri dodaq uçuqlatdı
    • 2-10-2018, 18:45
    • 1 560

"Barselona"nın illik gəliri dodaq uçuqlatdı

İspaniyanın "Barselona" klubunun 2017-2018 mövsümündə əldə etdiyi gəlir açıqlanıb.

 Kataloniya təmsilçisi il ərzində 1.05 milyard dollar (914 milyon avro) gəlir əldə edib. 

İspaniya nəhəngi eyni mövsümdə bir milyard dollardan çox qazanc əldə edən ilk klub kimi tarixə düşüb.
Klubun mənfəəti isə 12,67 milyon dollar olub (11 milyon avro). Son 8 ildə "Barselona"nın gəlirləri 229 milyon dollar (199 milyon avro) olaraq müəyyənləşdirilib.

Klubun proqnozlarına əsasən, 2018/2019 maliyyə ili üçün gəlir 1.105 milyard dollara (960 milyon avro) çatmalıdır. Kataloniya klubu 2021-ci ildə isə bir milyard avro gəlir əldə etməyi hədəfləyir. 

//report