Türk futbolçunun "Barselona"ya keçidi an məsələsidir

Türk futbolçunun "Barselona"ya keçidi an məsələsidir
İDMAN

07 avqust 2020, 11:40

Mətn ölçüsü

İngiltərənin “Lester Siti” klubunun türkiyəli müdafiəçisi Çağlar Söyüncü “Barselona”nın transfer siyahısındadır.

News24.az xəbər verir ki, kataloniya klubu Türkiyə milli komandasının 24 yaşlı futbolçusu üçün 40 milyon avro ödəmək niyyətindədir. 

Klublar arasında razılıq əldə olunsa, Söyüncünün “Barselona” ilə 5 illik müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki,  müdafiəçi 2019/20 mövsümündə “Lester”də ümumilikdə 42 oyun keçirib və 1 qol vurub.