"Qarabağ" UEFA Çempionlar Liqasında mübarizəyə başlayır

"Qarabağ" UEFA Çempionlar Liqasında mübarizəyə başlayır
İDMAN

18 avqust 2020, 10:03

Mətn ölçüsü

Azərbaycanda futbol oyunları 5 aydan çox davam edən məcburi fasilədən sonra bu gün rəsmən bərpa olunacaq.

News24.az
xəbər verir ki, UEFA Çempionlar Liqasında I təsnifat mərhələsində Azərbaycan çempionu "Qarabağ" Şimali Makedoniya "Sileks"ini qəbul edəcək.

Qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda saat 20:00-da baş tutacaq.

Təsnifat mərhələləri 1 oyundan ibarət olduğu üçün növbəti raunda vəsiqənin taleyini məhz Bakıdakı görüş həll edəcək.

Qeyd edək ki, bu cütün qalibi II təsnifat mərhələsində "Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) duelinin güclüsü ilə qarşılaşacaq.

18 avqust

UEFA Çempionlar Liqası

I təsnifat mərhələsi

20:00. "Qarabağ" (Azərbaycan) - "Sileks" (Şimali Makedoniya)

Hakimlər: Yaroslav Kozık, Viktor Nijnik, Vladimir Korotin, Anatoli Abdula (hamısı Ukrayna)
Hakim-inspektor: Atilla Abraham (Macarıstan)
UEFA nümayəndəsi: Vitali Danilçenko (Ukrayna)

Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu.