“Neftçi” – “Qalatasaray” cütünün qalibinin rəqibi bəlli olub

“Neftçi” – “Qalatasaray” cütünün qalibinin rəqibi bəlli olub
İDMAN

01 sentyabr 2020, 15:39

Mətn ölçüsü

Bu gün Avropa Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.

News24.az xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunub.

Turnirdə mübarizəni davam etdirən yeganə Azərbaycan klubu “Neftçi”nin mümkün rəqibi müəyyənləşib. II təsnifat mərhələsində Türkiyənin “Qalatasaray” klubu ilə görüşəcək bakılılar turu adlasa, “Renova” (Şimali Makedoniya)/“Hayduk” (Xorvatiya) cütünün qalibi ilə qarşılaşacaq.

Sentyabrın 17-də baş tutacaq “Neftçi” – “Qalatasaray” oyununun qalibi növbəti raundun görüşünü evdə keçirəcək. Əvvəlki mərhələlər kimi bu dəfə cütün taleyi bir matçda həll olunacaq. Görüş sentyabrın 24-də baş tutacaq.

Qeyd edək ki, “Neftçi” II təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkupi” klubuna 2:1 hesabı ilə qalib gəlib.