Cinsi gücü azaldan idman hərəkətləri - FOTO

Cinsi gücü azaldan idman hərəkətləri - FOTO
İDMAN / SİYASƏT

08 oktyabr 2018, 14:45

Mətn ölçüsü

İdman etməyin cinsi gücə həm müsbət, həm də mənfi təsirləri var.
Bu, idmanın təsiri ilə bədəndə testosteron hormonunun artıb, azalması ilə bağlıdır.
Testosteron kişilər üçün ən vacib hormondur. Bu hormon vasitəsi ilə oğlan, kişiyə çevrilir - səsi qalınlaşır, tüklənir, əzələ kütləsi artır, aqressivləşir.

Testosteron qadınlarda da var. Lakin çox az miqdardadır. Bu səbəbdən də qadın, stereoid qəbul etmədiyi müddətdə, nə qədər məşq eləsə də, əzələli bədənə sahib ola bilmir.
Bu hormon cinsi güclə düz mütənasibdir. Belə ki, bədəndə testosteron miqdarı normal olduqda cinsi gücü də yüksək olur. Yaş artıdca isə, həm testosteron, həm də cinsi güc azalır.
Lakin istənilən yaşda bunu idman vasistəsi ilə tənzimləmək mümkündür. Bəzi idman hərəkətləri testosteronu, dolaysıyla cinsi gücü artırır, bəziləri isə azaldır.
Cinsi gücü və testosteronu artırmaq üçün hərəkətlər və qaydalar:
Turnik, Jim, Paralel qol, ağırlıqqaldırma

Bu hərəkətləri gün ərzində 45 dəqiqədən az olmaqla etmək cinsi gücə müsbət təsir göstərir. Sadalanan hərəkətləri 6-10 dəfə təkrar etdikdə testosteron, 10-20 dəfə təkrar etdikdə isə böyümə hormonu ifraz olunur.

Cinsi gücü və testosteronu azaldan hərəkətlər:
Saatlarla qaçmaq, saatlarla velosiped sürmək, xeyli müddət davam edən kardio hərəkətləritestosterona mənfi təsir göstərir. Bu isə bədəndə kortizol adlanan stress hormonunun artması ilə bağlıdır. Belə ki, kortizolla testosteron bir-birinə tərs mütənasibdir.

Eləcə də, ağırlıqqaldırma məşqini də 45 dəqiqədən artıq etdikdə stress hormonu artır və bu da testosteronun azalmasına gətirib çıxardır.

Qeyd edək ki, bu məlumatlar tanınmış endokrinoloq SamRobbinsin şəxsi bloqunda qeyd olunub.

//Milli.Az