"Qalatasaray" azərbaycanlı fanatlarına təşəkkür etdi - VİDEO

"Qalatasaray" azərbaycanlı fanatlarına təşəkkür etdi - VİDEO
İDMAN

16 sentyabr 2020, 18:00

Mətn ölçüsü

UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi" ilə keçirəcəyi oyun üçün bu gün Bakıya gələn Türkiyənin "Qalatasaray" klubu azərbaycanlı azarkeşlərin münasibətindən razı qalıb.

News24.az xəbər verir ki, bununla bağlı rəsmi "Twitter" hesabında paylaşım edən İstanbul təmsilçisi fanatlara təşəkkür edib.

Paylaşımda bu sözlər qeyd olunub: "Bu möhtəşəm qarşılama üçün təşəkkürlər, böyük "Qalatasaray" tərəfdarı! Həyatın mənası, "Qalatasaray".

Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" oyunu saat 20:00-da start götürəcək.

Twitter