AFFA sözçüsündən SƏRT FİKİRLƏR: "Qardaşıma qardaş deməyim bəzilərini NARAHAT EDİB..."

AFFA sözçüsündən SƏRT FİKİRLƏR: "Qardaşıma qardaş deməyim bəzilərini NARAHAT EDİB...
İDMAN

18 sentyabr 2020, 12:17

Mətn ölçüsü

Dünən UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi" - "Qalatasaray"a 1-3 hesabı ilə məğlub olub.

News24.az xəbər verir ki, matçın şərhçisi olan Gündüz Abbaszadənin bir neçə məqamda "qardaş ölkə" və ümumən "qardaş" sözünü tez-tez işlətməsi sosial şəbəkələrdə maraq doğurub və hadisəni yumora çevirən insanlar çoxalıb.  

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla "Feysbuk" hesabında məsələ ilə bağlı post yazıb.

AFFA sözçüsü bildirib: "Qardaşıma qardaş deməyim qardaşımın qardaşı olmayanları narahat edib. Nahaq. Məsələn, qardaşımın qardaşı olmayanların qardaşıma qardaş deməməsi nə məni, nə də qardaşımı narahat edir. Xülasə, hərə öz qardaşına qardaş desin, məncə. Qardaşına qardaş deyənlərdən ötrü də narahat olmasın".