5 uşaqdan sonra evlənirlər
İdman
Bu gün Kriştiano Ronaldo və Corcina Rodrigesin rəsmi nikaha girəcəklər.
News24.az xəbər verir ki, cütlük 2016-cı ildə Corcinanın satıcı işlədiyi “Gucci” mağazasında tanış olub.
32 yaşlı Corcina ilə 41 yaşlı futbolçu o vaxtdan birlikdə yaşayırlar. pizza sifarişi
Evlilik təklifindən sonra Corcina dəyəri 3 milyon funt sterlinq olan nəhəng nişan üzüyünü “Instagram”da nümayiş etdirib.
Cütlük bu gün Madeyrada, futbolçunun doğulub boya-başa çatdığı adada evlənəcək. Adanın paytaxtı Funşalda yerləşən kafedral kilsədə böyük toy mərasimi üçün bron edilib.
Bundan sonra cütlük toy ziyafətinin keçiriləcəyi məkana yollanacaq. Toy ziyafəti üçün beşulduzlu “Savoy Palace” oteli nəzərdə tutulub.