Azərbaycan millisi AVRO-2021-də Gürcüstana QALİB GƏLDİ

Azərbaycan millisi AVRO-2021-də Gürcüstana QALİB GƏLDİ
İDMAN

08 may 2021, 20:01

Mətn ölçüsü

Kişi voleybolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti oyununu keçirib.

News24.az Apasport.az-a istinadən xəbər verir ki, millimiz AVRO-2021-in seçmə mərhələsinin II turunda Gürcüstanla qarşılaşıb.

F qrupunda mübarizə aparan baş məşqçi əvəzi Pərviz Səmədovun yetirmələri I dövrənin ev sahibi üzərində asan qələbə qazanıb. Yığmamız qrupun autsayderini üç setdə məğlubiyyətə uğradıb. İlk turda Monteneqroya 1:3 hesabi ilə uduzan komandamız bununla da aktivinə ilk xalları yazıb. Millimiz ilk dövrənin son turunda qrupun lideri Yunanıstanla qarşılaşacaq.

Qeyd edək ki, seçmə mərhələnin 7 qrupunda 1-ci yeri tutan komandalar, həmçinin ikinci yer sahiblərindən ən yaxşı nəticəyə malik 5 yığma dörd ölkədə təşkil olunacaq AVRO-2021-ə yüksələcək.

AVRO-2021-in seçmə mərhələsi
F qrupu
II tur, 8 may
18:30. Azərbaycan – Gürcüstan – 3:0 (25:20, 25:22, 25:15)
Hakimlər: 
Erdal Akıncı (Türkiyə), Vladimir Oleynik (Rusiya)
Tbilisi. Yeni Voleybol Arenası
1Yunanıstan2206-25
2Monteneqro2115-44
3Azərbaycan2114-33
4Gürcüstan2020-60