Avropa Liqasının finalı üçün Rəsmi Qonaqpərvərlik Proqramının satışı başlayıb
    • 16-11-2018, 23:00
    • 956

Avropa Liqasının finalı üçün Rəsmi Qonaqpərvərlik Proqramının satışı başlayıb

Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final oyununa UEFA-nın həyata keçirdiyi Rəsmi Qonaqpərvərlik Proqramının satışı başlayıb.

AFFA-nın rəsmi saytında bildirlir ki, biznes yerləri üçün Rəsmi Qonaqpərvərlik Paketlərini UEFA-nın elektron səhifəsindən əldə etmək mümkündür. 
Bunun üçün aşağıdakı keçiddən istifadə etmək mümkündür:

https://uelf.hospitality.uefa.com/home/”

Qeyd edək ki, Avropa Liqasının finalı 2019-cu il mayın 29-da keçiriləcək.