UEFA Serxio Ramosla bağlı yayılan məlumatları təkzib edib
    • 24-11-2018, 14:06
    • 748

UEFA Serxio Ramosla bağlı yayılan məlumatları təkzib edib

UEFA İspaniya milli komandasının və "Real Madrid" klubunun futbolçusu Serxio Ramosun dopinq qəbul etməsi ilə bağlı yayılan məlumatları təkzib edib. 

Qurum belə hallar aşkarlandığı halda, Ümumdünya Antidopinq Agentliyi (WADA) və FIFA-nı məlumatlandırdığını bildirib. 
UEFA dopinq üçün müsbət nəticələr haqqında məlumatlarla bağlı əsassız iddiaları qətiyyətlə rədd edir. 
Qeyd edək ki, "Spiegel" nəşri Ramosun 2016-2017 mövsümündə İtaliya "Yuventus"u ilə Çempionlar Liqasının final oyunundan əvvəl deksametazon qəbul etdiyini yazıb