USD 1.7
EUR 1.8914
TRY 0.2499
RUB 0.0247
  • Bakı 26°C
  • ŞUŞA 26°C
  • GƏNCƏ 27°C
  • LƏNKƏRAN 28°C
  • ŞƏKİ 28°C
  • QUBA 28°C
  • NAXÇIVAN 31°C

"Qarabağ"ın hücumçusu əməliyyat olunacaq

İDMAN / SİYASƏT

Mətn ölçüsü

"Qarabağ"ın zədəli futbolçusu İnnosent Emeqaranın durumuna aydınlıq gəlib. 

Klubun mətbuat xidmətindən verilən məlumata görə, 29 yaşlı hücumçu əməliyyat olunacaq. Cərrahi müdaxilə xarici ölkələrin birində baş tutacaq. İsveçrəli oyunçu dizinin menisk hissəsindən xəsarət alıb. O, ilin sonuna qədər yaşıl meydanlardan kənarda qalacaq. 
"Qarabağ"da daha bir itki isə müdafiəçi Yakub Jezniçakla bağlıdır. Polşalı legioner Azərbaycan Premyer Liqasının XII turunda "Sabah"la 1:1 hesablı heç-heçə etdikləri görüşdə 4-cü sarı vərəqəni alaraq, cəzalı duruma düşüb. O, növbəti tur "Keşlə" ilə ev oyununu buraxmalı olacaq. Jezniçak bu görüşdə həm də komandasının bərabərlik qolunu vurub. Bu, 32 yaşlı oyunçunun Ağdam təmsilçisinin heyətində ilk qolu olub. 
Qeyd edək ki, İnnosent Emeqara "Qarabağ"ın Azərbaycan Premyer Liqasının XII turunda "Sabah"la (1:1) matçdan öncə isinmə hərəkətləri zamanı xəsarət alıb. 

//Report

Xəbəri paylaş: