USD 1.7
EUR 1.8528
TRY 0.2616
RUB 0.0208
  • Bakı 15°C
  • ŞUŞA 8°C
  • GƏNCƏ 12°C
  • LƏNKƏRAN 12°C
  • ŞƏKİ 14°C
  • QUBA 14°C
  • NAXÇIVAN 18°C

AVRO-2020-nin püşkatma mərasimində Azərbaycan geniş heyətlə təmsil olunacaq

İDMAN / SİYASƏT

Mətn ölçüsü

Dekabrın 2-də İrlandiyanın paytaxtı Dublindəki Konvensiya Mərkəzində 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək. 

Milli assosiasiyanın rəsmi saytının verdiyi məlumata görə, tədbirdə AFFA geniş heyətlə təmsil olunacaq. Bakı vaxtı ilə saat 15:00-da başlanacaq mərasimə AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov, baş katib Elxan Məmmədov, Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov, baş katibin müavini Sərxan Hacıyev, AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdulla, AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, Avro-2020-nin final mərhələsinin Bakıda keçiriləcək oyunları üzrə Əməliyyat Qrupunun layihə koordinatoru Könül Mehtiyeva və AFFA-nın İnfrastruktur direktoru, Avro-2019-un Bakıda təşkil olunacaq final qarşılaşmasının layihə koordinatorunun müavini Kamran Vəliyev qatılacaq.
Qeyd edək ki, AVRO-2020-nin 4 qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək. Bunlardan 3-ü qrup oyunları, 1-i isə 1/4 final mərhələsinin qarşılaşmasıdır. Püşkatma mərasimində AFFA nümayəndə heyətinin üzvləri çempionatla bağlı müxtəlif tədbirlərin iştirakçısı olacaqlar. Həmçinin, püşkatmadan bir gün öncə - dekabrın 1-də Dublində milli assosiasiyaların rəhbərliyi və mətbuat xidməti rəhbərləri üçün seminarlar keçiriləcək. Tədbirlərdə, müvafiq olaraq, E.Məmmədov, S.Hacıyev və F.Abdulla iştirak edəcək.

News24.Az

Xəbəri paylaş: