USD 1.7
EUR 1.8427
TRY 0.2563
RUB 0.022
  • Bakı 10°C
  • ŞUŞA 4°C
  • GƏNCƏ 8°C
  • LƏNKƏRAN 10°C
  • ŞƏKİ 9°C
  • QUBA 6°C
  • NAXÇIVAN 9°C

Futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisinin adı yaxın 1 ay ərzində açıqlana bilər

İDMAN / SİYASƏT

Mətn ölçüsü

“Futbol üzrə Azərbaycan milli komandasına yeni baş məşqçi postuna namizədlərin siyahısı hazırlanacaq”.

Bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədov qurumun İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, yeni baş məşqçinin adı İcraiyyə Komitəsinin dekabrın sonu, yanvarın əvvəlində keçirilməsi nəzərdə tutulan toplantısında açıqlana bilər.
E.Məmmədov bildirib ki, indiyə qədər milli komanda üçün bütün şərait yaradılıb: “Təlim-məşq toplanışları keçirilib, uşaq futboluna daha çox diqqət ayırmağa çalışıblar. Dövlət strukturları da kütləviliyin yaranmasına kömək edirlər. Kütləvilikdən keyfiyyətə keçmək milliyə və klublara aiddir. Bu mövsümdə UEFA-dan klublara çox böyük vəsait köçürülüb. Bununla uşaq futbolunu inkişaf etdirmək olar. İki il ərzində gözəl akademiya qurmaq mümkündür”.

//Report

Xəbəri paylaş: