İngiltərə Premyer Liqasında 2001-ci il təvəllüdlü futbolçu debüt edib

İngiltərə Premyer Liqasında 2001-ci il təvəllüdlü futbolçu debüt edib
İDMAN / SİYASƏT

02 yanvar 2019, 10:50

Mətn ölçüsü

London “Arsenal”ının yarımmüdafiəçisi Bukayo Saka İngiltərə Premyer Liqasında debüt edən ilk 2001-ci il təvəllüdlü futbolçu olub.

Ötən il sentyabrın 5-də 17 yaşı tamam olan oyunçu “topçular”ın XXI turda “Fulhem”i 4:1 hesabı ilə məğlub etdiyi matçda forma geyinib. O, 83-cü dəqiqədə Aleks İvobinin əvəzinə meydana çıxıb.
Qeyd edək ki, Saka cari mövsümdə “Arsenal”ın U-23 komandasının heyətində 12 görüşdə iştirak edib. O, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
“Arsenal” hazırda 41 xalla Premyer Liqada 5-ci pillədə qərarlaşıb.