Ronaldo yeni ilə mükafatla başladı
    • 4-01-2019, 16:57
    • 1 096

Ronaldo yeni ilə mükafatla başladı

“Yuventus” klubunun oyunçusu Kriştianu Ronaldu “2019 Qlobal Futbol Mükafatları”nda ən yaxşı oyunçu seçilib.


Mükafatların təqdimetmə mərasimi Dubayda keçirilib. Portuqaliyalı ulduz “Atletiko Madrid”li Antuan Qrizma və “PSJ”li Mbappeni geridə qoyaraq “ən yaxşı futbolçu” mükafatına layiq görülüb. Bu, Ronaldunun üçüncü qələbəsədir.

“Azarkeşin seçimi” kateqoriyasında da mükafata layiq görülən Ronaldu tədbirdən sonra deyib:
“Yeni ilə bundan yaxşı girə bilməzdim. Diqqət və mükafatlara görə hamıya təşəkkür edirəm”.

Qeyd edək ki, “ilin məşqçisi” mükafatına Fransa millisini sonuncu dünya çempionatına hazırlayan Didye Deçamp, “karyera” mükafatına isə braziliyalı Ronaldo layiq görülüb.