"Zirə" klubu daha bir futbolçusu ilə yollarını ayırıb
    • 5-01-2019, 16:53
    • 825

"Zirə" klubu daha bir futbolçusu ilə yollarını ayırıb

Daha bir futbolçu komandası ilə vidalaşıb

Klubun rəsmi saytının yaydığı məlumata görə, Vüsal İsgəndərli ilə müqavilə qarşılıqlı razılıq əsasında pozulub.
24 yaşlı yarımmüdafiəçiyə gələcək karyerasında uğurlar arzulanıb. İsgəndərlinin karyerasını "Keşlə"də davam etdirəcəyi gözlənilir.  
Qeyd edək ki, "Zirə" daha əvvəl mərkəz müdafiəçisi Adil Nağıyevlə yollarını ayırıb. Əvəzində "Sumqayıt"dan Bəxtiyar Həsənalızadə transfer olunub. Qapıçı Anar Nəzirovun isə tezliklə "Qəbələ"yə keçəcəyi gözlənilir.

//Report