USD 1.7
EUR 1.8914
TRY 0.2499
RUB 0.0247
  • Bakı 26°C
  • ŞUŞA 26°C
  • GƏNCƏ 27°C
  • LƏNKƏRAN 28°C
  • ŞƏKİ 28°C
  • QUBA 28°C
  • NAXÇIVAN 31°C

"Zirə" Türkiyədəki ilk yoxlama oyununda qələbə qazanıb

İDMAN / SİYASƏT

Mətn ölçüsü

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Zirə" komandası ilk yoxlama oyununa çıxıb.

"Report" xəbər verir ki, Samir Abasovun baş məşqçilik etdiyi kollektiv Rumıniya "Voluntari"si ilə üz-üzə gəlib. Qarşılaşma "Zirə"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə yeganə qolu 89-cu dəqiqədə Pərdis Fərcad-Azad penaltidən vurub. 
Əslində, bu gün rəqib Rumıniyanın digər təmsilçisi "Konkordiya" olmalı idi. Lakin "Konkordiya"nın Antalya toplanışı ləğv olunduğundan "Zirə"nin rəqibi dəyişib. 
Komandanın daha əvvəl yanvarın 15-də Qazaxıstan "Taraz"ı ilə nəzərdə tutulan görüşü hava şəraiti səbəbindən baş tutmayıb.
Qeyd edək ki, "Zirə" Antalya toplanışında daha 2 oyun keçirəcək. Qəsəbə təmsilçisi yanvarın 23-də Ukrayna "Vorskla"sı, yanvarın 26-da isə Makedoniya "Şkupi"si ilə qarşılaşacaq.

Xəbəri paylaş: