Abdulla Zubir "Qarabağ"dan ayrıldı - FOTO

Abdulla Zubir "Qarabağ"dan ayrıldı - FOTO İdman

“Qarabağ”ın futbolçusu Abdulla Zubir komandadan ayrılıb.

News24.az -ın məlumatına görə, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb. 34 yaşlı yarımmüdafiəçi ilə başa çatan müqavilə yenilənməyib.

2018-ci ildən “Qarabağ”ın formasını geyinən Abdulla Zubir sosial media hesabında da komandadan ayrılması ilə bağlı paylaşım edib.

Futbolçu paylaşımında 8 ildən sonra karyerasında yeni mərhələyə başlamağın vaxtının çatdığını bildirib.

Zubir klub rəhbərliyinə, komanda yoldaşlarına, məşqçilər heyətinə və xüsusilə baş məşqçiyə təşəkkür edib:

“Mənə göstərdiyi etimada və mənə qazandırdığı hər şeyə görə minnətdaram. Və ən əsası, bütün azarkeşlərə və bütün ölkəyə mənə bəxş etdiyiniz inanılmaz sevgi üçün təşəkkür edirəm. Sizin dəstəyiniz, ehtirasınız və sevginiz bütün bu illər ərzində mənimlə oldu”.

Qeyd edək ki, Abdulla Zubir 2018-ci ildən “Qarabağ”ın heyətində çıxış edirdi.

Abdulla Zubir "Qarabağ"dan ayrıldı - FOTO