AFFA iki komandaya texniki məğlubiyyət verdi

AFFA iki komandaya texniki məğlubiyyət verdi İdman

AFFA İntizam Komitəsi iki komandaya texniki məğlubiyyət verib.

News24.az xəbər verir ki, bu barədə qurumun iclasında qərar qəbul olunub.

AFFA U-14 Qızlar Liqasının "Sabah" – "Ulduz FA" oyununda Əsasnaməyə uyğun yaş limitini pozduğu üçün qonaq komanda 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.

AFFA U-14 Qızlar Liqasının "Türkan" (Bakı) – "Neftçi" matçında isə Əsasnaməyə uyğun yaş limitini pozan meydan sahibi komandaya texniki məğlubiyyət verilib.