AFFA-nın yaş qrupları üzrə liqalarında oyunlar təxirə salındı
İdman
AFFA-nın bayrağı altında təşkil edilən U-8, U-9, U-10, U-11, U-12, U-13 və U-14 Liqalarının Bakı, Sumqayıt, Siyəzən və Zaqatala zonalarında həftəsonu keçirilməsi planlaşdırılan oyunları təxirə salınıb.
News24.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumata əsasən, oyunların təxirə salınması qeyri-sabit və yağıntılı hava şəraiti ilə əlaqədardır.
Daha əvvəl U-15, U-16, U-17 və Gənclər Liqasının bu həftəsonuna nəzərdə tutulan matçlarının təxirə salındığı bildirilib.