Afrika ilk dəfə bu çempionata ev sahibliyi edəcək
İdman
Dünya Atletika Çempionatı tarixində ilk dəfə Afrika qitəsində keçiriləcək.
News24.az xəbər verir ki, Dünya Atletika Şurasının Macarıstanın paytaxtı Budapeştdə keçirilən 242-ci iclasında yarışın 2029-cu ildə Keniyanın paytaxtı Nayrobidə keçirilməsi qərara alınıb.Ondan sonra baş tutacaq - 2031-ci il çempionatına isə Almaniya ev sahibliyi edəcək.
Dünya Atletika Federasiyasının prezidenti Sebastian Coe bildirib ki, qarşıdakı üç çempionatın Asiya, Afrika və Avropada keçirilməsi atletikanın dünyada inkişafına töhfə verəcək.
Qeyd edək ki, iki ildən bir keçirilən çempionatın gələn ilki tədbiri isə Çinin paytaxtı Pekində baş tutacaq.