Afrikanın ən yaxşı hakimi ABŞ-yə buraxılmadı

Afrikanın ən yaxşı hakimi ABŞ-yə buraxılmadı İdman

2026-cı il futbol üzrə dünya çempionatı üçün müəyyənləşdirilmiş 52 hakimdən ibarət siyahıya daxil edilən somalili referi Omar Artanın ABŞ-yə girişinə səbəb göstərilmədən icazə verilməyib.

News24.az xəbər verir ki, məlumata görə, hakim ABŞ-yə diplomatik pasportla daxil olmağı planlaşdırırmış. O, Mayami hava limanına çatdıqdan sonra İstanbula geri göndərilib.

Xatırladaq ki, 2025-ci ildə Afrika Futbol Konfederasiyası Omar Artanı qitənin ən yaxşı hakimi elan edib. O, dünya çempionatının final mərhələsinin hakimlər siyahısına daxil edilən ilk somalili referi kimi tarixə düşüb.

Qeyd edək ki, Somali vətəndaşlarının əksəriyyəti ABŞ vizası almaq üçün tətbiq olunan məhdudiyyətlərlə üzləşirlər. (Unikal)