Ağ Ev Argentinanın Dünya Kubokundakı siyasi bayrağı ilə bağlı açıqlama yaydı

Ağ Ev Argentinanın Dünya Kubokundakı siyasi bayrağı ilə bağlı açıqlama yaydı İdman

ABŞ administrasiyası Argentina milli komandasındakı futbolçuların Dünya Kuboku zamanı Folklend (Malvin) adaları ilə bağlı nümayiş etdirdiyi siyasi mesajlara münasibət bildirib.

News24.az xəbər verir ki, "Sky News"un müxbiri Rob Harrisin məlumatına görə, Ağ Ev futbolçuların bu cür mövqe sərgiləməsinin ifadə azadlığı kimi qiymətləndirildiyini bildirib.

ABŞ Prezidenti Donald Trampın administrasiyasında Dünya Kuboku məsələlərinə cavabdeh olan Endryu Culiani bildirib ki, ABŞ Konstitusiyasına Birinci Düzəliş hər kəsə fikir və ifadə azadlığı hüququ verir. Onun sözlərinə görə, Argentina futbolçularının aksiyası da bu hüququn tərkib hissəsi hesab olunur.

Qeyd edək ki, Argentina millisi İngiltərə ilə keçirilən yarımfinal görüşündən sonra meydanda üzərində "Las Malvinas son Argentinas" (Malvin adaları Argentinaya məxsusdur) yazılmış banner açaraq siyasi mesaj vermişdi.

Bundan əvvəl isə Argentinanın vitse-prezidenti Viktoriya Vilyarruel sosial şəbəkə hesabında İngiltərə ilə qarşılaşmanı "işğalçılara qarşı cavab vermək üçün fürsət" kimi qiymətləndirən paylaşım etmişdi.