Şahmatçımız beynəlxalq turnirdə çempionluğu təmin etdi

Şahmatçımız beynəlxalq turnirdə çempionluğu təmin etdi İdman

Özbəkistanda təşkil olunan "UzChess Cup" ənənəvi beynəlxalq şahmat turniri sona yaxınlaşır.

News24.az xəbər verir ki, son tur ərəfəsində "Challenge" bölməsində qalib məlum olub. 7 turda maksimum xal toplayan Azərbaycan çempionu Məhəmməd Muradlı birinci pillədə yerini təmin edib. Aktivində 7 xal olan M.Muradlı sabah son turda Özbəkistan şahmatçısı Jakhongir Vakhidovla mübarizə aparacaq.

Nəticədən asılı olmayaraq Məhəmməd Muradlı yarışda birinci pilləni qoruyacaq