Şakiradan övladları ilə bağlı Jerar Pikeyə qadağa
İdman
Məşhur kolumbiyalı müğənni Şakira eks-sevgilisi Jerar Pikenin qarşısında şərt qoyub.
News24.az xəbər verir ki, Şakira övladları keçmiş sevgilisi ilə birlikdə olduğu zaman ona xəyanət etdiyi Klara Çianın eyni evdə qalmasını qadağan edib. Bu, futbolçunun Şakira ilə bağladığı qəyyumluq müqaviləsinin şərtlərindən biri hesab olunur.
“Express Tribune” nəşrinin yazdığına görə, bundan sonra oğlanlar atalarının yanına getdikləri hər dəfə Klara Çia Pikenin evini tərk etməli və valideynlərinin evində qalmalı olur. Məlumata görə, uşaqların özləri də futbolçunun yeni sevgilisi ilə ünsiyyət qurmaq istəmirlər. Hazırda Milan və Saşa Şakira ilə birlikdə Mayamidə yaşayırlar. Pike isə övladlarını mütəmadi olaraq görmək, eləcə də bəzi bayram günlərində onlarla vaxt keçirmək hüququna malikdir. (axsam.az)