Almaniya millisinin yeni baş məşqçisi o oldu

Almaniya millisinin yeni baş məşqçisi o oldu İdman

Almaniya Futbol Federasiyası (DFB) Yurgen Kloppun milli komandanın yeni baş məşqçisi təyin olunduğunu açıqlayıb.

News24.az xəbər verir ki, Yulian Naqelsmanı əvəzləyən 59 yaşlı mütəxəssislə 2030-cu il Dünya Kubokunun sonunadək müqavilə imzalanıb. Kloppun vəzifəsinin icrasına avqustun 15-də başlayacağı, ilk oyununa isə sentyabrın 24-də Hollandiya millisinə qarşı çıxacağı bildirilir.

Klopp karyerasında ilk dəfə milli komandaya rəhbərlik edəcək. O, əvvəllər Dortmund "Borussiya"sı və "Liverpul"dakı uğurlu fəaliyyəti ilə tanınıb və Almaniya millisində də qalibiyyət ruhunu bərpa etməsi gözlənilir.