Alvaresdən maraqlı etiraf : Məşqdə alınmadı, oyunda möhtəşəm qol vurdu
İdman
Argentinalı futbolçu Xulian Alvares Madridin "Atletiko" komandası ilə "Barselona" üzərində qələbədən sonra diqqətçəkən açıqlama verib.
News24.az -ın məlumatına görə, o bildirib ki, oyundan əvvəl məşq zamanı cərimə zərbələrində uğursuz olub və altı zərbəni qaçırıb.
Buna baxmayaraq, oyunda cərimə zərbəsindən gözəl qol vuraraq komandasına kömək edib.
Alvares qeyd edib ki, məşqdə çətinlik yaşasa da, oyunda özünə inamını qoruyub və vacib anda fərqlənə bilib.
Bu qol komandasının qələbəsində əsas rol oynayıb.