“Şamaxı” “Zirə”yə, “Sumqayıt” “Qəbələ”yə qarşı

“Şamaxı” “Zirə”yə, “Sumqayıt” “Qəbələ”yə qarşı İdman

Bu gün Misli Premyer Liqasının VII turunda daha iki qarşılaşma baş tutacaq.

News24.az xəbər verir ki, saat 17:00-da Zirə İdman Kompleksinin stadionunda “Zirə” və “Şamaxı” komandaları qarşılaşacaq.

Günün digər matçında isə saat 19:30-da “SOCAR Polymer Arena”da “Sumqayıt” “Qəbələ”ni qəbul edəcək.

Xatırladaq ki, turun ötən gün baş tutan matçlarında "Kəpəz" "Araz-Naxçıvan"ı (2:0) məğlub edib. "Neftçi" - "Sabah" matçı isə qolsuz bərabərliklə başa çatıb.