Amorim "Mançester Yunayted"ə ilk transferinə qərar verib

Amorim "Mançester Yunayted"ə ilk transferinə qərar verib İdman

"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim PSJ-nin müdafiəçisi Nuno Mendesi komandasında görmək istəyir.

News24.az xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı məşqçi ümid edir ki, 22 yaşlı futbolçu onun rəhbərliyi altında uğurlu olacaq. “Qırmızı şeytanlar” qışda transferdə israr etməkdə davam edir, lakin yanvarda sövdələşməni başa çatdırmaq çətin olacaq. Hazırki durumda PSJ futbolçunu ən azı mövsümün sonuna qədər saxlamaq niyyətindədir.

Mendes 2021-ci ilin yayında 38 milyon avroya "Sportinq Lissabon"dan PSJ-yə keçib. Futbolçunun Fransa klubu ilə müqaviləsi 2026-cı ilin iyunun sonuna kimi qüvvədədir. 

Ağa Dadaşzadə